Logo

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

29.03.2024 16:59 199 baxış
IMG

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün müraciət müddəti uzadılıb.

Aqrar Sığorta Fondundan "Tehsil.biz"ə bildirilib ki, təlimə marağın böyük olması və namizədlərin çoxsaylı müraciətləri nəzərə alınaraq sənədlərin qəbulu 2024-cü il martın 31-dək uzadılıb.

Ekspert təlimlərində iştirak etmək istəyən namizədlər tələb olunan məlumatlar və sənədləri təqdim etməklə, göstərilən tarixədək Fonda müraciət edə bilərlər.

Müraciət qəbulunun müddətinin uzadılması ilə əlaqədar olaraq ekspert təliminin tarixi də dəyişdirilib – ekspert təlimləri aprelin 15-dən 21-dək keçiriləcək.

Təlimlər Aqrar Sığorta Fondunun inzibati binasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında olacaq.

Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslər Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahana buraxılır. İmtahandan uğurla keçən namizədlər müstəqil aqrar sığorta eksperti sertifikatı alaraq fəaliyyətə başlayacaqlar.

Ekspert təlimi ilə bağlı ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.

Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün (1651) Çağrı mərkəzi ilə əlaqə saxlamaq, məlumatları [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.

Xəbər lenti