Martın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.
Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.
Ənənəvi olaraq ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov “Elektronika və avtomatika” kafedrasının professoru Səlahəddin Yusifovu yubiley yaşı münsabiəti ilə Şura üzvləri adından təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzu edib. Sonra gündəlikdə olan məsələlər şura üzvlərinə elan edib və gündəlik təsdiq olunub.
İclasda Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov beynəlxalq əlaqələrinin vəziyyəti, Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova 2024-cü ildə ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların təsdiqi və dissertasiya şuralarının fəaliyyətinin nəticələri barədə çıxış edərək şura üzvlərinə məlumat veriblər.
İclada həmçinin, UFAZ-ın direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova UFAZ fondunun hesabatı və yeni tərkibinin təsdiqlənməsi və dünya universitetlərinin reytinqləri üzrə 2024-cü il üçün ADNSU-nun fəaliyyət planı və büdcənin təsdiqlənməsi barədə hesabat məruzəsi ilə çıxış etdikdən sonra Kimya texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanovanın təqdimatında fakültənin illik fəaliyyəti haqqında hesabatı dinlənilib.
Elmi Şuranın iclasında dosent Vazeh Əskərov ADNSU-nun dünya universitetlərinin reytinqində iştirakı ilə bağlı ətraflı çıxış edib. Bildirib ki, ADNSU-nun əsas hədəflərindən biri tədqiqat universiteti kimi formalaşmaqdır. O, əlavə edib ki, universitetdə tədris və elmi nailiyyətlərin yüksəldilməsi, Beynəlxalq reytinq siyahılarında ön sıralara irəliləməsi və konkret hədəfə çatması üçün kollektivin hər bir üzvü üzərinə düşən vəzifə və və öhdəlikləri layiqincə yerinə yetirməli, bir komanda olaraq hədəfə doğru addımlamalıdır.
Gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edildikdən sonra yekdil qərarlar qəbul olunub. Dosent Vazeh Əskərov müzakirəyə çıxarılan məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər haqqında tapşırıqlar verib.