Logo

“Ermənistanın ekoloji terrorunun nəticələri yeni dövrün paradiqmaları” mövzusunda elmi seminar keçirilib

30.03.2024 09:41 210 baxış
IMG

Martın 29-da Bakı Slavyan Universitetində (BSU) “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı universitetin tədbirlər planı çərçivəsində “Ermənistanın ekoloji terrorunun nəticələri yeni dövrün paradiqmaları” mövzusunda elmi seminar təşkil olunub.

Tehsil.biz xəbər verir ki, seminarda BSU-nun rektoru Anar Nağıyev Qarabağ ərazisində və cəbhəboyu digər bölgələrdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlərdən söz açıb. O, ermənilərin ekoloji terror siyasəti ilə bağlı tarixi faktları diqqətə çatdırıb, törədilən terrorların tarixi və mahiyyətini gənc nəslin nümayəndələrinə öyrətməyin professor-müəllim heyətinin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu deyib. A.Nağıyev Böyük Qayıdışın iştirakçısına çevrilməyin verdiyi qürur hissindən söz açaraq işğaldan azad olunmuş ərazilərmizdə ekoloji kontekstdə yeni bir dövrün başlanğıcının qoyulduğunu qeyd edib. Rektor bu kontekstdə olan mövzuların elmi müstəvidə müzakirəsinin davamlı olmasını arzulayıb.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov öz xatirələri və tarixi faktlar əsasında erməni xislətinin mahiyyətindən söz açıb. Ermənilərin tarix boyu yaşadıqları müxtəlif ərazilərdə terrorlar törətdiyini qeyd edib. Tarixi faktları öyrənməyin əhəmiyyətindən danışan Anar İsgəndərov tarixi yaddaşımızı daim yeniləməli olduğumuzu bildirib.

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev Vətən müharibəsi dövründə ermənilərin beynəlxalq humanitar hüququ pozaraq qadağan olunmuş raketlərdən istifadə etməsinin ekoloji terrorun bariz nümunəsi olduğunu vurğulayıb. O, düşmənin yaratdığı ekoloji problem və təhdidlərin mahiyyəti barədə ətraflı məlumat verib.

Sonra Diplomatiya və xarici siyasət kafedrasının müdiri Əsgər Əhməd, Beynəlxalq münasibətlər kafedrasının müdiri Habil Məmmədov məruzələr ətrafında çıxışlar ediblər.

Xəbər lenti