Logo

MDU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

30.03.2024 10:22 117 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) “31 Mart Soyqırımı: Erməni vəhşiliyi haqqında tarixi həqiqətlər” mövzusunda elmi konfrans keçirilib.

MDU-dan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda çıxış edən MDU-nun rektoru Şahin Bayramov ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdiyi vəhşilikləri, tarixi faktları saxtalaşdırmaları və xislətləri ilə seçildiklərini söyləyib. Bu soyqırımına hüquqi qiymətin verilməsi və həqiqətlərin gələcək nəslə ötürülməsinin vacibliyindən söhbət açan rektor, keçirilən elmi konfransın bu baxımdan əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Daha sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun dosenti Nizami Zeynalov “31 Mart Soyqırımı: erməni vəhşiliyinin unudulmayacaq qanlı nümunəsi”, müəllimlərdən Vüsalə Mövlayeva “31 Mart – azərbaycanlıların soyqırımı tarix dərslərində” və Səadət Ağakişiyeva “Azərbaycanlıların soyqırımı bədii ədəbiyyatımızda” mövzularında məruzələrlə çıxış ediblər.

Xəbər lenti