Logo

“Əlibaba və qırx quldur” yenidən Şuşa Teatrının səhnəsində

30.03.2024 13:00 295 baxış
IMG

Aprelin 7-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq.

Teatrdan "Tehsil.biz"ə verilən məlumata görə, ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Aktyorlar tamaşaçılarla ünsiyyət quraraq, uşaqları hadisələrin iştirakçısına çevirirlər. 

“Əlibaba və qırx quldur”da rəngarəng musiqi nömrələri və əyləncəli rəqslərdən istifadə olunur.

Xəbər lenti