Bakı Mühəndislik Universitetində (BMU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kütləvi ağacəkmə aksiyası keçirilib.
BMU-dan "Tehsil.biz"ə bildirilib ki, aksiya ekosistemin, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda, ekoloji mədəniyyətin təbliği və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədi daşıyıb. Aksiyada BMU-nun rektoru Yaqub Piriyev, universitetin struktur rəhbərləri, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Aksiya zamanı Abşeron yarımadasının təbiəti, iqlimi və relyefinə uyğun olaraq universitet ərazisində 2000-dən artıq müxtəlif növ ağac əkilib.