Logo

Bakıda Belarus Mədəniyyəti Günləri keçiriləcək

30.03.2024 17:51 245 baxış
IMG

Aprelin 1-dən 3-dək Bakıda Belarus Mədəniyyəti Günləri keçiriləcək.

Tehsil.biz xəbər verir ki, aprelin 1-də saat 19:00-da mədəniyyət günləri çərçivəsində Nizami Kino Mərkəzində Belarus Kinosu Günlərinin açılış mərasimi olaraq. Rejissor A.Yefremovun ötən il lentə aldığı “Лист ожидания” filmi nümayiş etdiriləcək.

Aprelin 2-də saat 15:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Milli İncəsənət Muzeyinin “Belarus rəssamların gözü ilə” adlı sərgisi açılacaq. Həmin gün saat 16:00-da Nizami Kino Mərkəzində kinosevərlər “Перезвон” sənədli filmini (2021, rejissor E.Setko) izləyəcəklər. Saat 18:00-da isə Heydər Əliyev Sarayının foyesində banner sərgisi, Belarus xalq sənətkarlıq nümunələri təqdim olunacaq, ustad dərsi təşkil ediləcək.

Axşam saat 19:00-da Heydər Əliyev Sarayında Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçiriləcək. Qonaq ölkənin incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunacaq. Həmin gün Nizami Kino Mərkəzində saat 19:00-da “Подрыв” müharibə dramı (2022, rejissor İ.Pavlov) göstəriləcək. Belarus Mədəniyyəti Günlərinin daha bir tədbiri aprelin 3-də saat 15:00-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçiriləcək. Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa təşkil olunacaq.

Mədəniyyət həftəsinə aprelin 3-də saat 19:00-da Nizami Kino Mərkəzində “Страна спасённого великана” sənədli filmininin (2023, rejissor İ.Bışnev) nümayişi ilə yekun vurulacaq.

Xəbər lenti