Logo

“Yaşıl məktəb” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTO

30.03.2024 20:19 197 baxış
IMG

“Yaşıl dünya naminə həmrəylik ili”nə və “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə həsr olunan “Yaşıl məktəb” layihəsi çərçivəsində muxtar respublikanın rayonlarındakı təhsil müəssisələrində ağacların əkilməsi prosesi həyata keçirilib.

Tehsil.biz xəbər verir ki, bu gün rayonlardakı ümumtəhsil, peşə təhsili və məktəbdənkənar təhsil müəssisələrinin həyətyanı sahələrində ümumilikdə 3 min 200 ədəd meyvə və dekorativ ağaclar əkilmişdir.

Culfa rayon Ərəzin kənd tam orta məktəbində baş tutan ağacəkmədə isə rəqs qrupu tərəfindən əvvəlcə “yaşıl dünya naminə” yazısını, daha sonra milli rəqsimiz olan “qaytağı” rəqsi nümayiş etdirib.

Aksiyalar könüllü olaraq təhsil müəssisələrinin kollektivlərinin, valideynlərin, valideynlərin azyaşlı uşaqlarının, şagirdlərin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

“Yaşıl məktəb” layihəsinin məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.

Qeyd edək ki, layihənin icra planına uyğun olaraq muxtar respublikanın rayonlarındakı digər məktəblərində də ağacəkmə aksiyası davam etdiriləcək, relyefə və iqlim şəraitinə uyğun olan 10 min-dən çox meyvə və dekorativ ağaclar əkiləcəkdir.

Xəbər lenti