Logo

İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi

30.03.2024 21:23 144 baxış
IMG

Urmiyada güneyli müəllim və fəal Kərim Bostançı məcburi hicabı tənqid etdiyi üçün həbsə məhkum olunub.

"Tehsil.biz"in “Azad İran” teleqram kanalına istinadən məlumatına görə, bu barədə İranda İnsan Haqları Təşkilatı (HRANA) xəbər verib.

Qeyd olunub ki, Bostançı vəzifəli şəxsləri təhqir etməkdə, təhsil sistemini və hicab qaydalarını tənqid etməkdə, müəllim həmkarlar ittifaqı təşkilatlarının fəallarına qanunsuz olaraq dəstək verməkdə ittiham edilib.

Bununla əlaqədar olaraq Urmiya Müəllim Həmkarlar İttifaqının üzvünə üç ay həbs, 15 milyon tümən (təxminən 606 manat) cərimə, həmçinin elektron avadanlıqlarının dövlətin xeyrinə müsadirəsi cəzası verilib.

Xəbər lenti