Logo

Bakı Slavyan Universitetinin tələbələri təqaüdə layiq görülüblər

09.04.2021 11:52 464 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin II tədris ili tələbəsi Rəhilə Yusifova, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin  III tədris ili tələbələri Murad Hüsenyli və Kamran Quliyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən hər semestr uğurlu ictimai fəaliyyəti ilə fərqlənən və yüksək qiymətlərlə təhsil alan tələbələrə verilən adlı təqaüdə layiq görülüblər.

 

Tələbə-gənclərimizə artıq BSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən adlı təqaüdlər təqdim edilib.

 

Mətbuat və informasiya şöbəsi

Xəbər lenti