Bakı şəhəri 36 nömrəli tam orta məktəbin VII sinif şagirdi Raul Səlim ABŞ-nin nüfuzlu Stanford Universitetinin orta məktəbinə (Stanford University Online High School) yüksək göstəricilərlə qəbul olub.
Tehsil.biz xəbər verir ki, Raul 2022-ci ildə Frankfurtda keçirilən Beynəlxalq STEAM Olimpiadasının finalında Coding üzrə bürünc, riyaziyyat üzrə isə bürünc medala layiq görülüb.
2023-cü ildə Parisdə keçirilən Beynəlxalq STEAM Olimpiadasının finalında Coding üzrə gümüş, riyaziyyat üzrə bürünc medal qazanıb.
2023-cü ildə şahmat üzrə təsnifat turnirində 9 raundun hər birində qalib gələrək I yeri tutub.
Raul Çernoqoriyadakı “Liderlər məktəbi"nin üzvüdür.
IDEA-nın “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin üzvü və konsuludur.
İngilis və rus dilini mükəmməl bilən Raul hazırda çin və fransız dillərini öyrənir.