Logo

Pensilvaniya Universitetində Novruz bayramı qeyd olunub - FOTO

31.03.2024 22:16 165 baxış
IMG

ABŞ-nin Pensilvaniya Universitetində təhsil alan azərbaycanlı tələbələr tərəfindən yaradılmış Pensilvaniya Azərbaycanlı Tələbələr Klubunun təşkilatçılığı ilə həmin təhsil ocağında Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Tədbirdə qədim tarixi olan Novruz bayramı haqqında əcnəbi tələbələrə məlumat verilib, milli mətbəximizin ləziz təamları, Novruz şirniyyatları təqdim edilib. Novruz bayramının adət-ənənələri iştirakçıların böyük marağına səbəb olub.

Xəbər lenti