Bakı Dövlət Universitetinin (BDU) Qubadakı tədris-təcrübə və istirahət mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiyada universitet rəhbərliyi və tələbələr iştirak ediblər.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərə dəstək olaraq keçirilən aksiya zamanı mərkəzin ərazisində 100-dək ağac əkilib.
Aksiya ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə vermək məqsədi daşıyıb.