Logo

"Elmin maliyyələşdirilməsi ilə bağlı mövcud vəziyyətin köklü dəyişdirilməsi tələb olunur"

01.04.2024 14:02 206 baxış
IMG

"Elmin maliyyələşdirilməsi ilə bağlı mövcud vəziyyətin köklü dəyişdirilməsi tələb olunur. Söhbət universitetlərə tədqiqat məqsədilə sadəcə pul ayırmaqdan deyil, elmin maliyyələşdirilməsi modelindən gedir".

Tehsil.biz xəbər verir ki, bunu UNEC-in rektoru, professor Ədalət Muradov bildirib.

Onun sözlərinə görə, hələlik bu məsələdə aydınlıq yoxdur:

"Elmin yeni maliyyələşdirilməsi modelindən öncə isə bütövlükdə elmin təşkili və idarəedilməsində hələ də mövcud olan sovet modelindən qısa vaxtda kənarlaşmaq lazımdır. Başqa sözlə, "əyrini daha təkmil əyriyə çevirmək" üçün maliyyə vəsaiti ayırmağa dəyməz".

Kənan Nağıbəyli

Xəbər lenti