Logo

“Kitabi-Dədə Qorqud” müstəqillik epoxasında” kitabı çapdan çıxıb

01.04.2024 14:32 134 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Kitabi-Dədə Qorqud” müstəqillik epoxasında” (sənədlər və materiallar) kitabı nəşr edilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, dörd hissədən ibarət kitabda görkəmli dövlət xadimi Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın möhtəşəm ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanları ilə əlaqədar imzaladıqları fərman və sərəncamlar, müxtəlif tədbirlərdəki nitqləri, həmin tədbirlərdə iştirak etmiş tanınmış simaların çıxışlarının mətnləri verilib..

AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Kitabi-Dədə Qorqud” salnaməsi” sərlövhəli əhatəli “Ön söz”də nəşrin əhəmiyyətindən bəhs edib. Kitabın toplayanı, tərtib edəni və nəşrə hazırlayanı filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı, məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

Kitab institutun Elmi şurasının qərarı ilə “Elm” nəşriyyatında çap olunub.

Xəbər lenti