Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Mütəxəssis-qonaq” layihəsi çərçivəsində daha bir tədbir keçirilib.
ATMU-dan "Tehsil.biz"ə bildirilib ki, “ATS Food” MMC-nin standartlaşdırma və sertifikatlaşdırma üzrə mütəxəssisi, təlimçi Leyla Xəlilzadənin iştirakı ilə reallaşan tədbir tələbələr tərəfindən maraqla qarşılanıb. L.Xəlilzadə “ATS Food” MMC-nin əsas fəaliyyət istiqamətləri, məhsul istehsalı və satış prosesinin mərhələləri, məhsulun keyfiyyətinə nəzarət, həmçinin dünyanın ən populyar keyfiyyət idarəetmə standartı sayılan ISO9001 keyfiyyət idarəetmə sertifikatı barədə suallara aydınlıq gətirib.
Təlimin sonunda fəallığı ilə seçilən tələbələrə şirkətin xüsusi hədiyyələri təqdim edilib.
“Mütəxəssis-qonaq” layihəsi çərçivəsində keçirilən təlim ATMU-nun Karyera və kommunikasiya şöbəsi tərəfindən təşkil olunub.