Logo

Bakı Slavyan Universitetində “Böyük Qələbənin 100-cü günü” adlı tədbir keçirilib

09.04.2021 12:02 381 baxış
IMG

Fevralın 15-də Bakı Slavyan Universiteti (BSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Vətən Müharibəsində qazanılmış şanlı Qələbəmizə həsr olunan "Böyük Qələbənin 100-cü günü" adlı  onlayn tədbir keçirilib.

 

Tədbirdə Vətən müharibəsi iştirakçıları olan qazilərimiz Rövşən Quliyev və Sabir Dünyamalıyev, BSU-nun THİK  İdarə Heyətinin üzvləri, fəal  tələbələr iştirak ediblər. 


Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarından keçən  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Sonra qəhrəman qazilərimiz öz döyüş xatirələri keçdikləri döyüş yolu barədə danışıb, tələbələrimizin suallarını cavablandırıblar.

Xəbər lenti