Logo

BMU-da tədris-metodiki seminar keçirilib

01.04.2024 20:20 224 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsində “İngilis dilində şəkil təsviri” mövzusunda növbəti tədris-metodiki seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, fakültənin İngilis dili kafedrasının müdiri Nərminə Əliyeva bu cür seminarların təşkilinin tədris prosesinin səmərəliliyinin artırılması, müəllimlərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsindəki rolundan danışıb. Kafedra müdiri sistemli medodik xidmətin təşkili, təhsilverənlərin səriştəliliyinin və pedaqoji ustalığının daha da təkmilləşdirilməsi, qabaqcıl pedaqoji təcrübəyə qısa müddətdə nail olunması ilə bağlı vacib məqamlara diqqət çəkib.

Sonra kafedranın müəllimi Nərmin Eminova mövzu üzrə təqdimatla çıxış edib.

Təqdimatda tələbələrin kommunikasiya bacarıqlarının inkişaf etdirilməsinin vacibliyi, bu bacarıqların mənimsənilməsi məqsədilə dərs proqramına edilən yeniliklər və onun tədris metodu haqda məlumat verilib. Eyni zamanda məruzəçi tədris prosesində istifadə olunan resurslar və nümunələri təqdim edib.

Seminar mövzu üzrə müzakirələrlə başa çatıb.

Xəbər lenti