Logo

Milli İncəsənət Muzeyi Belarus Rəsm Muzeyi ilə əməkdaşlıq sazişi imzalayacaq

01.04.2024 23:18 113 baxış
IMG

Azərbaycan Milli İncəsənət Muzeyi aprelin 1-dən 3-dək Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günləri çərçivəsində Belarus Milli Rəsm Muzeyi ilə əməkdaşlıq sazişi imzalayacaq.

Tehsil.biz bu barədə BELTA agentliyinə istinadən xəbər verir.

Belarus Milli Rəsm Muzeyinin baş direktoru Anna Kononovanın sözlərinə görə, Azərbaycan Milli İncəsənət Muzeyində “Belarus rəssamların gözü ilə” sərgisi açılacaq. Burada belaruslu rəssamlar Anton Vırvo, Anna Kononova, Qleb Oçik, Anna Sadovskaya və Vladimir Urodniçin əsərləri sərgilənəcək. “Bu rəsmlər doğma torpağa həsr olunub və əsasən mənzərə janrında çəkilib. Sərgidə, həmçinin Belarusun nasist işğalçılarından azad edilməsinin 80 illiyinə həsr olunmuş əsərlər nümayiş etdiriləcək”, - deyə baş direktor bildirib.

A.Kononova “bu gözəl ölkənin milli koloriti orijinal, parlaq, təkrarolunmaz və cazibədardır” deyərək, Azərbaycanla incəsənət sahəsində əməkdaşlığın aktuallığını və dəyərini qeyd edib: “Hesab edirəm ki, milli koloritlərimizin bu sahədə qovuşması təsviri sənət üzrə təcrübə mübadiləsi və nailiyyətlərimizdən qarşılıqlı sevinc üçün əla birlik olacaq”.

Bu il Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin nəzərdə tutulduğunu deyən muzeyin baş direktoru Belarusun əhəmiyyətli yerlərində Azərbaycan mədəniyyəti, o cümlədən rəngkarlıq və dekorativ-tətbiqi sənət sahəsində çoxlu nadir mədəniyyət layihələrinin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Xəbər lenti