Logo

"Tələbələrimiz hər il xaricdə ən yaxşı proqramlar üzrə təhsil almağa göndərilirlər"

02.04.2024 10:36 177 baxış
IMG

"Mən xaricdə təhsil üzrə Dövlət Proqramının məzunlarındanam".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüş və karyera sərgisində deyib.

Onun sözlərinə görə, tələbələrimiz hər il xaricdə ən yaxşı proqramlar üzrə təhsil almağa göndərilirlər:

"Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların əsas vəzifələrindən biri yeni iş yerləri yaratmaq, ölkənin iqtisadiyyatına töhfə verməkdir. Təkcə ötən il Dövlət Proqramına üz tutan tələbələrin 50 nəfəri dünyanın ən yaxşı universitetlərində təhsil alır. Bu, ailələrin əziyyətinin, müəllimlərin əməyinin, təhsil sisteminin nəticəsidir. Bu gün gənclərimiz dünya miqyasında rəqabətədavamlı təhsillə əhatə olunurlar və ümidvaram ki, onlar bu etimadı doğruldacaqlar. Xaricdə təhsil üzrə Dövlət Proqramına qeydiyyat davam edir. Azərbaycanlı tələbələrin xaricdə prestiji artıb. Artıq bəzi qəbul xəbərlərini almışıq”.

Kənan Nağıbəyli

Xəbər lenti