"Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır".
Tehsil.biz xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Dövlət Proqramı məzunları üçün Karyera Sərgisi”nə həsr olunan tədbirdə deyib.
O bildirib ki, hazırda Dövlət Proqramı məzunlarından 66 nəfər Azərbaycanda işləyir:
“Onlardan 31-i dövlət, 31-i özəl, 4-ü bank sektorunda çalışır. Hazırda iş axtarışında olan məzun sayı isə 43 nəfərdir”, - deyə T.Topalova əlavə edib.
Kənan Nağıbəyli