Logo

AzMİU tələbələri informasiya texnologiyaları barədə məlumatlandırılıb

02.04.2024 13:22 108 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə informasiya texnologiyaları üzrə mütəxəssis Elgün Məmmədli tərəfindən “Proqramlaşdırmaya giriş” mövzusunda seminar keçirilib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, təlimin əsas məqsədi tələbələrdə proqramlaşdırmaya dair ilkin təsəvvür yaratmaq, fundamental bilik formalaşdıraraq bu istiqamətlər üzrə düzgün seçim etməkdə onlara yol göstərmək olub.

Mütəxəssis tələbələrə proqramlaşdırmanın istiqamətlərindən, onların inkişaf dinamikasından, bu sahənin əhəmiyyətini göstərən bir sıra məqamlardan danışıb. O, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən tələbələrin potensialını üzə çıxarmaq, onların bu sahədə fərdi və peşəkar inkişaf yolları ilə bağlı tövsiyələr verib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti