Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı, maarifçi dramaturq, nasir və publisist Nəcəf bəy Vəzirovun doğum günü münasibətilə “Nəcəf bəy Vəzirov – 170” adlı kitab sərgisi açılıb.
Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, sərgidə dramaturqun zəngin ədəbi fəaliyyətini gözlər önündə canlandıran əsərləri, həyatı və yaradıcılığı haqqında kitablar nümayiş olunub.
Sərgi bir həftə davam edəcək.