Logo

DİM-in mart ayında göstərdiyi xidmətlərin statistikası açıqlanıb

02.04.2024 14:13 98 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mart ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, mart ayında keçirilmiş imtahanlarda 152 min 827 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 2 milyon 92 min 735 olub. Mart ayı ərzində 4335 vətəndaş qəbul edilib.

Beynəlxalq imtahanlarda 184 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 13934, elektron poçt vasitəsilə 2000-ə yaxın, sosial şəbəkələr vasitəsilə 2500-ə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 7606 olub. Abituriyent məsləhət mərkəzlərinə 6315 müraciət daxil olub.

Xəbər lenti