Logo

Filippində yüzlərlə məktəb istilər səbəbindən dərsləri dayandırıb

02.04.2024 14:36 150 baxış
IMG

Filippinin yüzlərlə məktəbində anomal istilər səbəbindən dərslər dayandırılıb.

Tehsil.biz MSN saytına istinadən xəbər verir ki, sinoptiklərin məlumatına görə, Manilada bu gün 42 dərəcə isti müşahidə olunur, ölkənin digər bölgələrində də oxşar temperatur qeydə alınıb.

Bir neçə gün davam edəcək isti hava səbəbindən şəhərin ən sıx məskunlaşdığı Quezondakı ibtidai və orta məktəblərin bağlanması, digər bölgələrdəki məktəblərə isə distant təhsilə keçmək əmri verilib. Manilada bəzi məktəblərində isə dərs saatları qısaldılıb.

Xəbər lenti