Türkiyənin Nişantaşı Universitetinin Tibb fakültəsi ilə Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanıb.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, sənəd Nişantaşı Universitetinin rektoru professor Ayşegül Komsuoğlu və Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov tərəfindən imzalanıb.
Müqavilədə elmi-tədqiqat işlərinin həyata keçirilməsi, müasir metodların tətbiqi, gənc mütəxəssislərin hazırlanması və s. məsələlərdə əməkdaşlıq edilməsi nəzərdə tutur. Bundan başqa, gələcək ortaq layihələrin icrası, müasir tədqiqat işlərinin birgə araşdırılması, elmi xarakterli tədbirlərin təşkili məsələlərin həll edilməsi nəzərdə tutulur.
Bu sənəddən irəli gələn vəzifələrə müvafiq olaraq, Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Bioloji aktiv maddələr laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səbinə Cəfərzadə Nişantaşı Universitetinin Tibb fakültəsində olub və orada aparılan elmi-tədqiqat işləri ilə tanış olub.