Logo

FHN-in atletika komandası yüksək nəticə göstərib - FOTO

02.04.2024 15:36 304 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Olimpiya Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında atletika üzrə yarış keçirilib. 4 növdə (60 m, 800 m, 4x200 m məsafəyə estafet qaçısı və uzunluğa tullanma) keçirilən yarışlarda dövlət qurumlarından olan iştirakçılar şəxsi birincilik üzrə öz güclərini sınayıblar. Turnirdə 4 nəfərlə iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət komandası Nazirliyin İdman-sağlamlıq klubunun əməkdaşı Rəşad Kəsəmənlinin rəhbərliyi altında əzmkar mübarizə apararaq yüksək nəticələr əldə ediblər.

FHN-dən "Tehsil.biz"ə verilən məlumata görə, belə ki, uzunluğa tullanma yarışında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Yevgeniy Kasilov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan əlavə, Yevgeniy Kasilov 60 metr məsafəyə qaçış yarışında gümüş medalın sahib olub. Komandanın digər üzvləri - Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov və FHN-in Akademiyasının əməkdaşı Əli Hacıyev 800 metrə məsafəyə qaçışda müvafiq olaraq 2-ci və 3-cü yerlərə layiq görülüblər.

Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom, medal və hədiyyələrlə təltif olunublar.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışlarda uğur əldə etmiş əməkdaşlarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

FHN-in atletika komandası yüksək nəticə göstərib

Xəbər lenti