Finlandiyada məktəbdə atışma baş verib, nəticədə bir uşaq ölüb, iki nəfər ağır yaralanıb.
Tehsil.biz xəbər verir ki, polis hər üç qurbanın 12 yaşında olduğunu və şübhəlinin qaçdığını, lakin sonradan saxlanıldığını açıqlayıb.
Valideynlər Finlandiya mediasına bildiriblər ki, atışma paytaxt Helsinkinin şimalındakı Vantaa şəhərindəki Viertola məktəbində olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.