Logo

Neft və Qaz İnstitutu ilə Qazaxıstanın Taraz Regional Universiteti arasında müqavilə imzalanıb

02.04.2024 17:29 144 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu ilə Qazaxıstan Respublikası M.X.Dulati adına Taraz Regional Universiteti arasında elmi-pedaqoji əməkdaşlığa dair müqavilə imzalanıb.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Müqavilə çərçivəsində tərəflər arasında təhsil və elm sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi, xarici əlaqələrin möhkəmləndirilməsi, akademik təhsilin əldə edilməsi, tədris, innovativ və istehsal fəaliyyəti sahələrində əməkdaşlıq, elmi tədqiqatların birgə həyata keçirilməsi, aktual mövzularda mühazirə kurslarının təşkili, hər iki tərəfdən yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsi, tədris sisteminin təkmilləşdirilməsi üzrə tədris, elmi və metodiki materialların, proqramların (bakalavr, magistr, fəlsəfə doktoru) işlənib hazırlanması, magistr və doktorluq dissertasiyalarına baxılması və onlara rəhbərlik edilməsi nəzərdə tutulub.

Xəbər lenti