Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə mart ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, ötən ay ümumilikdə 3585 müraciət daxil olub.
Müraciətlərin 516-sı feysbuk, 2006-sı Çağrı Mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 894, sayt üzərindən 140 müraciət daxil olub, 29 vətəndaş isə qəbulda iştirak edib.