Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Dövlət İmtahan Mərkəzindən (DİM) "Tehsil.biz"ə bildirilib ki, həmin şagirdlərdən 6 nəfəri Bakıda, 1 nəfəri Abşeron rayonunda (Xırdalan şəhərində), 1 nəfəri Gəncə şəhərində, 3 nəfəri Qəbələdə (Həmzəlli kəndində, Nohurqışlaq kəndində, Qəbələ şəhərində), 3 nəfəri Şəki şəhərində təhsil alır.
Şagirdlərin siyahısı DİM-in saytında yerləşdirilib.