Logo

BDU-nun Fizika fakültəsində növbəti elmi seminar

09.04.2021 12:49 422 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində "Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr" mövzusunda onlayn elmi seminar keçirilib.

 

Seminarda BDU-nun Bərk cisimlər fizikası kafedrasının elmlər doktoru proqramı üzrə dissertantı, AzMİU-nun Fizika kafedrasının dosenti Hüseynağa Hüseynov məruzə ilə çıxış edib. Məruzədə müasir elektronikanın sürətli inkişafı nazik təbəqələr, təbii və süni ifratqəfəslər, kvant məftilləri, kvant çuxurları kimi aşağıölçülü elektron sistemlərində aşkar olunmuş yeni fiziki hadisələrin tədqiqi üçün zərurət yarandığı qeyd olunub.

 

Bir çox müasir cihazların iş prinsipində aşağıölçülü sistemlərdə rezistiv, qalvano və termomaqnit hadisələrdən istifadə olunduğu, aşağıölçülü sistemlər fizikasında kinetik hadisələrin nəzəriyyəsinin inkişafı aktual və vacib məsələ hesab olunduğu bildirilib.

Xəbər lenti