Logo

“Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinə start verilir

02.04.2024 21:33 211 baxış
IMG

Təhsilin İnkişafı Fondu yerli ali təhsil müəssisələrinin tələbələri üçün “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinə başlanıldığını elan edir.

Fonddan "Tehsil.biz"ə bildirilib ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş müsabiqənin məqsədi Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrə təhsilin inkişafına töhfə verə biləcək ideya və təkliflərini təqdim etmək üçün imkan yaratmaq və onları dəstəkləməkdir.

Bu müsabiqədə ölkə üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr iştirak edə bilər.

Birinci yerin qalibi 1000 manat, ikinci yerin qalibi 750 manat, üçüncü yerin qalibi isə 500 manat mükafat qazanacaq.

Müsabiqəyə təqdim olunacaq təkliflərin qəbulu aprelin 14-dək müraciət formasını doldurmaqla həyata keçiriləcək.

Müsabiqənin şərtləri fondun saytında yerləşdirilib.

Xəbər lenti