Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 6 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.
Regional İdarədən "Tehsil.biz"ə bildirilib ki, martın 3-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Şəki şəhər 18 nömrəli tam orta məktəbin şagirdi Zərifə İlyasova, Şəki şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Fatimə Teymurlu, Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdi Amalya Əliyeva, Qəbələ rayonu Həmzəlli kənd tam orta məktəbin şagirdi Elşən Yusibov, Qəbələ rayonu Nohurqışlaq kənd tam orta məktəbin şagirdi Səidə Rəhimova və Qəbələ şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Lalə Xancanova 300 bal toplayıblar.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə maksimum 100 bal olmaqla, ümumilikdə 300 bal toplanıla bilər.