Logo

Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsi ucaldılacaq

03.04.2024 09:43 286 baxış
IMG

Azərbaycan operasının banisi və Azərbaycan himninin müəllifi Üzeyir Hacıbəyovun abidəsi bəstəkarın 20-ci əsrin əvvəllərində təhsil aldığı Sankt-Peterburq şəhərində ucaldılacaq.

Tehsil.biz bu barədə TASS-a istinadən məlumat verir.

Şəhər administrasiyasının mətbuat xidmətinin məlumatına görə, bunu Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Bakıda rəsmi səfərdə olarkən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.

“Hazırda biz Sankt-Peterburqda görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin qoyulması üzərində işləyirik. Abidənin təntənəli açılışı 2025-ci ilin sentyabrında onun anadan olmasının 140 illiyinə təsadüf edəcək. Bu vaxta qədər biz şəhərin Vıborq rayonundakı Hacıbəyov meydanında da abadlıq işləri aparacağıq”, - qubernator bildirib.

Xəbər lenti