Logo

Akademik Vaqif Abbasov GDU-da ustad dərsi keçib

03.04.2024 13:49 282 baxış
IMG

Elm və Təhsil Nazirliyi Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov “Qlobal ekoloji problemlər: səbəblər, həll yolları, “yaşıl” enerji” mövzusunda Gəncə Dövlət Universitetində (GDU) ustad dərsi keçib.

Universitstdən "Tehsil.biz"ə bildirilib ki, ustad dərsində GDU-nun professor-müəllim heyəti, tələbələr və AMEA-nın Gəncə Bölməsinin akademik heyəti iştirak edib.

Vaqif Abbasov qlobal iqlim dəyişmələrinin həlli yollarından ətraflı bəhs edib. Diqqətə çatdırıb ki, ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Dünyada demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərib.

Tanınmış alim ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolundan, yaşıl iqtisadiyyat və davamlı inkişafdan, su ehtiyatlarının idarə olunmasından da danışıb. O, həmçinin xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycannın ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi kimi məsələlərdən də söhbət açıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti