Logo

Məktəbəhazırlıq qruplarında uşaqların yerdəyişməsi dayandırılıb

03.04.2024 18:29 226 baxış
IMG

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 3-də saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılıb.

Qeyd edək ki, 18 və 19 may tarixlərində ölkə üzrə IV və VI siniflərdə təhsil alan şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək. Monitorinqə hazırlıq zamanı şagird yerdəyişməsi hallarının olmaması üçün aprelin 15-də saat 17:00-dan IV və VI siniflər üzrə də yerdəyişmə prosesi dayandırılacaq.

Xəbər lenti