AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün seminarlar davam edir.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, növbəti seminar “Şumer mədəniyyəti və ədəbiyyatı haqqında ümumi məlumat Şumer məktəb mətnləri” mövzusunda olub.
İnstitutun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü seminarın mövzusu haqqında məlumat verib. Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçi Sevinc Nuriyeva şumer mədəniyyəti haqqında geniş məlumat verib, ilk yazı sistemi mixi yazılar və yazılı abidələrdən nümunələri sistemli şəkildə təhlil edib.