“Apple”a məxsus bəzi xidmətlərin və “App Store” və “Apple Music”in fəaliyyətində problem yaranıb.
Tehsil.biz xəbər verir ki, bu barədə şirkətin saytı məlumat yayıb.
Bildirilib ki, “Apple Arcade”, “Apple Books”, “Apple Fitness+”, “Apple Sports”, “Apple TV+”, “Podcasts” və digərlər proqramların fəaliyyətində məhdudiyyətlər var. Sonra şirkət xidmətlərin tamamilə bərpa olunduğunu açıqlasa da, problemlər hələ də qalmaqdadır.
Nasazlığın nədən yarandığı barədə məlumat verilməyib.