Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə İnformasiya Texnologiyaları İnstitutunda “Clarivate Analytics” şirkəti tərəfindən elmi jurnalların redaktorları və məsul katibləri üçün təlim keçirilib.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, təlim “Web of Science” elmmetrik bazasında yerli elmi jurnalların indekslənməsi və onların beynəlxalq nüfuzunun yüksəldilməsi mövzularını əhatə edib.
Təlimçi “Clarivate Analytics” şirkətinin nümayəndəsi İneş Kenjina iştirakçılara sözügedən mövzuda əsas tələblər, beynəlxalq təcrübədən nümunələr, eyni zamanda, yerli elmi jurnalların beynəlxalq səviyyədə tanınması və uğurlu elmi jurnalların sayının artırılması üçün zəruri vasitələr barədə məlumat verib.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.