Logo

MDU-da Aprel döyüşlərinin ildönümünə həsr olunan ədəbi-bədii tədbir keçirilib - FOTO

04.04.2024 17:16 257 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Zəfərə gedən 4 günlük yol” adlı ədəbi-bədii tədbir keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, universitetin akademik və inzibati heyəti, tələbə və magistrantlar iştirak ediblər.

Tədbirdə çıxış edən TVİM-in koordinatoru Minayə Hüseynova səkkiz il əvvəl erməni təxribatına cavab olaraq həyata keçirilən qısamüddətli hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı qalibiyyətindən bəhs edib. Bildirib ki, Aprel qələbəsi Azərbaycan xalqının gücünü, birliyini və əzmini dünyaya göstərən 44 günlük Vətən müharibəsində qazanılan Zəfər üçün mühüm zəmin yaradıb.

“Qələbə sevincini xalqımıza yaşadan igidlərimizi heç zaman unutmayacaq, keşməkeşli Azərbaycan tarixinin bütün dövrlərində Vətən yolunda böyük şücaət və fədakarlıq göstərən şəhidlərimizin əziz xatirələrini daim uca tutacaq, onların qəhrəmanlıqlarını böyük ehtiramla anaraq gələcək nəsillərə çatdıracağıq”, - deyə M.Hüseynova bildirib.

Sonra Aprel şəhidlərinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbir ədəbi-bədii hissə ilə davam etdirilib.

MDU-nun əməkdaş və tələbələrinin təqdimatında vətənpərvərlik mövzusunda müxtəlif şeir və musiqi kompozisiyaları ifa olunub.

Xəbər lenti