Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə ADA Universitetinin 5 il müddətində akkreditasiya olunması ilə bağlı şəhadətnaməni rektor Hafiz Paşayevə təqdim edib.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, təqdimat mərasimində çıxış edən Tural Əhmədov TKTA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verib və bunlardan birinin də təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi olduğunu bildirib.
Tural Əhmədov akkreditasiya prosesi uğurla başa vurduğuna görə ADA Universitetini təbrik edib. Görüşdə ADA Universitetinin müəyyən olunmuş qiymətləndirmə üzrə maksimal nəticə göstərməklə akkreditasiyadan uğurla keçməsi və bunun universitet üçün əhəmiyyəti müzakirə edilib.
Universitetin rektoru Hafiz Paşayev akkreditasiya prosesi nəticəsində verilən tövsiyələrin universitet üçün faydasını vurğulayıb.