Logo

ABŞ astronavtı rusiyalı həmkarları ilə birlikdə kosmosa uçub

09.04.2021 15:52 378 baxış
IMG

Rusiya “Y.A.Qaqarin” kosmik gəmisindəki “Soyuz-2.1” raket daşıyıcısı Qazaxıstandakı Baykonur kosmodromundan orbitə buraxılıb.

 

Tehsil.biz xəbər verir ki, məlumatı Rusiyanın Kosmik fəaliyyət üzrə Dövlət Korporasiyası yayıb.

 

Bildirilib ki, gəmidə kosmonavtlar Oleq Noviski və Pyotr Dubrov, habelə onların NASA-dan olan həmkarları Vande Xay da var.

 

Gəmiyə Yuri Qaqarinin adının verilməsi aprelin 12-si Kosmonavtika günü ilə bağlıdır. 1961-ci il aprelin 12-də dünyada ilk dəfə Yuri Qaqarin kosmosa uçub.

Xəbər lenti