Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) rəhbərliyin təşəbbüsü ilə ali təhsil müəssisəsinin tələbələri üçün iftar süfrəsi açılıb.
Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.
1 və 2 saylı Tələbə evində təşkil olunan iftar süfrəsində iştirak edən ADAU-nun rektoru Zəfər Qurbanov tələbələrlə söhbət edib, onların fikir və təkliflərini dinləyib.