Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar sahənin iqtisadiyyatı kafedrasının rəhbərliyi hibrid formada keçirilən beynəlxalq dəyirmi masada iştirak edib.
Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.
Konstantin Skryabin adına Qırğızıstan Milli Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiya, Belarusiya və Qazaxıstanın universitetlərinin nümayəndələri də iştirak ediblər.
Dəyirmi masada kafedralar arasında beynəlxalq əlaqələrin genişləndirilməsi məsələləri və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.