Logo

Gənc tədqiqatçıların Almaniya və İtaliyanın tanınmış alimləri ilə birgə araşdırmaları davam edir

05.04.2024 10:49 179 baxış
IMG

“İnsan kolon karsinoma hüceyrələrində şişə qarşı effektivliyi artırmaq üçün xrizin yüklənmiş dəmir-oksid nanohissəciklərinin səthinin müxtəlif modifikasiya strategiyaları” adlı məqalə “Web of Science” bazasında Q2 kateqoriyalı “Journal of Functional Biomaterials” jurnalında dərc olunub.

Bakı Dövlət Universitetindən "Tehsil.biz"ə bildirilib ki, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Aynurə Kərimova, Almaniyanın Heydelberq Universitetinin Mannhaym Tibb Mərkəzinin əməkdaşları, professorlar Vüqar Yaqublu və Kristof Reissfelder, İtaliyanın Fraskati Milli Laboratoriyasının əməkdaşı, professor Stefano Belluçin məqalənin həmmüəllifləridir.

Məqalədə müxtəlif örtük materialları ilə funksionallaşdırılmış və üzərinə dərman maddəsi yüklənmiş dəmir-oksid nanohissəciklərinin quruluş xüsusiyyətləri, dərman yükləmə effektivliyi və xərçəng əleyhinə təsiri araşdırılıb.

Xəbər lenti