Logo

BDU-da seminar: “Kristallar, kvazikristallar və tətbiqi xalq sənəti” - FOTO

05.04.2024 11:16 183 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda “Kristallar, kvazikristallar və tətbiqi xalq sənəti” mövzusunda elmi seminar keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, seminarda Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Kristalloqrafiya laboratoriyasının müdiri, Dövlət mükafatı laureatı, professor İmaməddin Əmiraslanov mövzu ilə bağlı məruzə edib.

Məruzəçi son onilliklərdə kristalloqrafiya sahəsində olan fundamental elmi kəşflər, bərk maddənin kristal və amorf halından fərqli kvazikristal halı barədə ətraflı məlumat verib. O, kvazikristalları kəşf etdiyinə görə israilli alim Dan Şehtmanın 2011-ci ildə kimya üzrə Nobel mükafatına layiq görüldüyünü bildirib, Penrose torları, Monotile (Einstein) anlayışlarının kristalloqrafiya problemlərinin həllində əhəmiyyətini vurğulayıb.

Seminarda xalq sənətində, xüsusən Şərqin orta əsrlərə aid həndəsi dekorativ naxışlarında kristalloqrafik aspektlərin müqayisəli təhlili aparılıb, “tessellation” üslubunda yeni rəsmlər nümayiş olunub.

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbər lenti