Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatı, Şərqşünaslıq, Ekologiya və torpaqşünaslıq fakültələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Yaşıl dünyamızı qoruyaq” adlı rəsm müsabiqəsi elan edilir.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, şərtlərə əsasən, rəsm əsərlərinin işlənmə texnikası (qələm, quaş, akvarel, pastel, yağlı boya, akril və s.). sərbəstdir. Əsərlərin ölçüsü azı A4 formatında olmalıdır. Rəsmlərin aşağı sağ küncündə gəncin adı, soyadı və təhsil aldığı fakültə qeyd olunmalıdır. Tələbə rəsm əsəri ilə olan fotoşəklini də göndərməlidir.
Hər tələbə müsabiqəyə yalnız bir rəsm əsəri təqdim edə bilər.
Müsabiqədə iştirak etmək istəyənlər rəsmləri aprelin 26-dək göndərilməlidirlər və linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər.