Logo

ATMU tələbələri “Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirak ediblər

05.04.2024 13:19 197 baxış
IMG

Bakıdakı Rus evi Sankt-Peterburq Turizm və Qonaqpərvərlik üzrə Beynəlxalq Kompetensiya Mərkəzi ilə birlikdə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirib. Yarışda Sankt-Peterburq Dövlət İqtisad Universitetinin və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə ATMU-dan bildirilib.

İntellektual oyuna ATMU 10 tələbə ilə qatılıb. İki komandanın tərkibində yarışa qatılanlar nəzərdə tutulan sualları dəqiq və tez cavablandırıblar. Münsiflər heyətinin yekdil qərarına əsasən yarışın sonunda qazanan dostluq ənənəsi olub.

İntellektual oyunun həvəskar iştirakçıları arasında Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, Turizm və Qonaqpərvərlik üzrə Beynəlxalq Kompetensiya Mərkəzinin baş direktor vəzifəsini icra edən Yelena Vasilyeva, ATMU-nun prorektoru İranə Əliyeva, Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev və universitetin müəllimi Şəlalə Zahidova da olublar.

“Nə? Harada? Nə zaman?” intellektual oyununun tələbə-iştirakçıları Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov adından diplom və hədiyyələrlə mükafatlandırılıb.

Xəbər lenti