Logo

Bu məktəbin 16 şagirdi buraxılış imtahanında riyaziyyat fənnindən maksimum bal toplayıb

05.04.2024 13:40 332 baxış
IMG

Elm və Təhsil Nazirliyinin tabeliyində Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin bu il buraxılış imtahanı verən 16 şagirdi riyaziyyat fənni üzrə maksimum nəticə (100 bal) göstərib.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, həmin şagirdlərdən 13 nəfəri maksimal nəticəni əlavə hazırlığa getmədən toplayıb.

Eyni zamanda, Yusif Vüqar oğlu Tağızadə və Məhəmməd Habil oğlu Qurbanov buraxılış imtahanında ingilis dili fənni üzrə maksimum nəticə (100 bal) göstərib.

Şagirdlərdən Nuray Nadir qızı Alıyeva respublika fənn olimpiadalarında biologiya fənni üzrə iki dəfə qızıl medal, Fidan Ənvər qızı İmaməliyeva isə kimya fənni üzrə iki dəfə gümüş medal qazanıb.

Ümumilikdə sözügedən liseyin bu il buraxılış imtahanı verən 52 nəfər XI sinif şagirdindən 32-si 250-dən çox bal toplayıb.

Xəbər lenti